“Tottenhem” sabiq baş məşqçisini geri qaytarır?
“Tottenhem”in baş məşqçi Tomas Frankı vəzifəsindən azad edib. Bu qərar London klubunun evdə «Nyukasl» qarşısında 1:2 hesabı ilə məğlub olmasından bir gün sonra verilib.
Aut.az xəbər verir ki, hurnalist Ben Ceykobsun məlumatına görə, “mahmızlar” həmin posta Maurisio Poçettinonun namizədliyini nəzərdən keçirir. Lakin argentinalı yalnız yayda, dünya çempionatı bitdikdən sonra komandaya qoşula bilər.
Hal-hazırda Poçettino ABŞ yığmasını ev sahibi mundiala hazırlayır.
Qeyd olunur ki, Poçettino “Tottenhem”ə qayıtmağa açıqdır. O, 2014–2019-cu illərdə komandaya rəhbərlik edib və hətta komandanı Çempionlar Liqası finalına çıxarıb.
Aut.az
