“Yunayted”in tarixinə daha bir biabırçılıq düşdü
İngiltərə Liqa Kubokunun 2-ci tur matçında “Qrimsbi Taun”a uduzan (2:2, 11:12 pen.) və turnirdən kənarlaşdırılan “Mançester Yunayted” antirekord müəyyənləşdirib.
Aut.az xəbər verir ki, bu barədə “Squawka” statistik portalı məlumat yayıb. Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” klub tarixində ilk dəfə Liqa Kubokunda ölkənin dördüncü divizionunda çıxış edən kluba uduzub.
Qeyd edək ki, Ruben Amorimin rəhbərlik etdiyi komanda çempionatda iki oyundan sonra cəmi 1 xal qazanaraq 16-cı pillədə qərarlaşıb.
Aut.az
