Mourinyonun təsəllisi: titul uğrunda mübarizə aparacağıq
“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo komandasının Çempionlar Liqasının seçmə mərhələsinin cavab oyununda “Benfika”ya məğlubiyyətini (0:1; ilk oyun – 0:0) şərh edib.
Aut.az xəbər verir ki, Mourinyonun sözlərini “Record” nəşri sitat gətirib:
“Birinci hissədə daha çox topa sahib olmağa çalışdıq, ancaq fasilədən sonra buna nail olduq. Heç bir bəhanə olmayan yerdə bəhanə axtarmağı sevmirəm. Qələbə qazanmağa layiq olan komanda bizdən güclü idi, daha yaxşı oyunçular və daha çox təcrübəyə malik idilər. Çempionlar Liqasına vəsiqə qazansaydıq, yəqin ki, cəmi 8 oyunumuz olacaqdı, amma Avropa Liqasında çempionluq uğrunda mübarizə aparacağıq”.
Aut.az
