58 il sonra bunu ilk dəfə o bacardı
İsveçrəli Franjo fon Allmen Olimpiya Oyunlarında 58 il sonra üç qızıl medal qazanan ilk dağ xizəkçisi olub.
Aut.az xəbər verir ki, o, 11 fevralda İtaliyada keçirilən Olimpiadada supergiant yarışında qələbə qazanıb. Allmen daha əvvəl sürətli eniş və komanda kombinasiyası növlərində də qızıl medal əldə etmişdi.
Dağ xizəyi idmanında sonuncu dəfə bir Olimpiadada üç qızıl medal qazanan fransalı Jan-Klod Killi olub. O, 1968-ci ildə sürətli eniş, nəhəng slalom və slalom yarışlarında qalib gəlmişdi.
