İngiltərə

“Siti” onları satmağa hazırlaşır

“Mançester Siti” yanvar transfer pəncərəsi ərəfəsində müdafiəçi Riko Lyuislə bağlı gələn təklifləri nəzərdən keçirməyə hazırdır.

Aut.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Mənbənin yazdığına görə, Lyuislə yanaşı, qış transfer dövründə “şəhərlilər”in hücumçusu Oskar Bobb da komandadan ayrıla bilər. Hazırda 22 yaşlı futbolçunun komandadakı gələcəyi qeyri-müəyyəndir. Norveçli oyunçu ilə “Kristal Pelas” maraqlanır. London klubu Bobbu ya icarəyə götürmək, ya da tam transfer etmək variantlarını dəyərləndirir.

Cari mövsümdə Riko Lyuis bütün turnirlərdə 12 oyunda iştirak edib və iki məhsuldar ötürmə ilə yadda qalıb. Oskar Bobb isə 14 matça çıxıb və bir assist edib.

Aut.az