Maliyyə fırıldağı: Məşhur klubun xalları silindi, aşağı diviziona düşdü
İtaliyanın Federal Milli Tribunalı “Breşiya”nı maliyyə fırıldaqlarına görə 4 xaldan məhrum edib.
Aut.az xəbər verir ki, bu barədə “Calcio e Finanza” məlumat yayıb.
Bu cəza “Bresiya”nın 2024/25-ci il mövsümündə B seriyasında etibarlı 15-ci yerdən birbaşa enmə zonasına – 18-ci yerə düşməsi ilə nəticələnib.
Klubun prezidenti və baş icraçı direktoru Massimo və Eduardo Çellinonun hər birinə 6 aylıq qadağa qoyulub.
“Sampdoriya” “Bresiya”nın cəzası sayəsində birbaşa C Seriyasına düşməkdən qurtulub və “Salernitana” ilə B Seriyasında qalmaq üçün pley-off oynayacaq.
Aut.az
