İtaliya

Bir il əvvəl 60 milyona almışdı, indi yarı qiymətə satır

Niderland millisinin yarımmüdafiəçisi Ten Kupmeyners yayda Turinin “Yuventus” klubundan ayrıla bilər.

Aut.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.

2024-cü ilin yayında “Yuventus” Kupmeyners üçün “Atalanta”ya 58,4 milyon avro ödəmişdi, lakin yarımmüdafiəçi Turin klubunun gözləntilərini doğrultmadı və bu mövsüm start heyətində yerini itirdi.

“Yuventus” oyunçunu satmağa hazırdır və 28 yaşlı niderlandlı  üçün ən azı 30 milyon avro istəyir. “Mançester Yunayted” və “Qalatasaray” artıq Kupmeynerslə maraqlanır.

Yarımmüdafiəçi bu mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 40 oyunda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir və “Transfermarkt” onu 20 milyon avro dəyərində qiymətləndirir.

Aut.az