“Napoli” onun müqaviləsinə xitam verir
“Napoli”nin müdafiəçisi Mario Rui klubu tərk edəcək.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, 33 yaşlı portuqaliyalı və neapollular müqavilənin ləğvi ilə bağlı danışıqlar aparır. Futbolçu yaxın vaxtlarda azad agent olacaq.
Qeyd edək ki, Rui bu mövsüm heç bir oyun keçirməyib. 2023/24 mövsümündə portuqaliyalı 28 matçda 2 məhsuldar ötürmə edib.
Aut.az
