İtaliyaTürkiyə

“Yuve”nun futbolçusu “Fənərbağça”da – Rəsmi

“Yuventus”un və Serbiya millisinin cinah oyunçusu Filip Kostiç icarə əsasında Joze Mourinyonun çalışdırdığı “Fənərbağça”ya keçib.

Aut.az xəbər verir ki, icarə müqaviləsi 2025-ci ilin yayına qədər satınalma imkanı ilə qüvvədə olacaq.

“Transfermarkt” internet portalı 31 yaşlı futbolçunun transfer dəyərini 6,5 milyon avro qiymətləndirir. Serbiyalı Turin klubuna 2022-ci ilin yayında 14 milyon avroya Frankfurt “Ayntraxt”ından keçib.

2023/24 mövsümündə Kostiç A Seriyasında “Yuventus”un heyətində 29 oyun keçirib və 4 məhsuldar ötürmə edib.

Aut.az