İngiltərəTürkiyə

“Yunayted”dən ayrılır: Mourinyonun yanına gedəcək, yoxsa…

“Mançester Yunayted”in cinah oyunçusu Antoni yaxın günlərdə “Old Trafford”u tərk etmək niyyətindədir.

Aut.az “The Sun”a istinadən bildirir ki, braziliyalı karyerasını Joze Mourinyonun “Fənərbaxça”sında davam etdirə bilər. İstanbul nəhəngi onu icarəyə götürməyə hazırdır.

Vəziyyəti Antoninin keçmiş klubu “Ayaks”la yanaşı, İspaniya, Fransa və Səudiyyə Ərəbistanının bir sıra komandaları da izləyir.

Türkiyədə transfer pəncərəsi cümə gününə qədər açıqdır. “Mançester Yunayted” heyətə daxil olmayan futbolçunu icarəyə verməyə hazırdır.

Aut.az