Dünya futboluTürkiyə

“Spartak” Aktürkoğluna bu qədər məvacib verəcək

“Qalatasaray”ın vingeri Kərəm Aktürkoğlunun Moskva “Spartak”ına transferi yaxın vaxtlarda baş tutmalıdır.

Aut.az “Milliyet”ə istinadən xəbər verir ki, Rusiya klubu artıq futbolçu ilə maaş məsələsində razılığa gəlib.

Mənbənin sözlərinə görə, Aktürkoğlu özü “Spartak”dan ildə 3 milyon avrodan çox maaş tələb edib. Bununla belə, Rusiya klubu 2,2 milyon avro olan ilkin təklifini yalnız 2,4 milyon avroya yüksəldib.

Bu transferə görə “Qalatasaray”a 13 milyon avro ödəniləcəyi bildirilir.

“Transfermarkt” internet portalı türk futbolçunun bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

Aut.az