Dünya futbolu

Tramın sülh planı İsraili xilas etdi: UEFA səsverməni təxirə saldı

UEFA İsrailə qarşı mümkün qadağa məsələsi ilə bağlı səsverməni təxirə salıb.

Daha əvvəl UEFA-nın İsrail komandalarına mümkün qadağa ilə bağlı qərarını bu həftə verəcəyi bildirilirdi. Təşkilatın icraiyyə komitəsi üzvlərinin “böyük əksəriyyəti” qadağanı dəstəkləyib.

Aut.az xəbər verir ki, “The Times”ın məlumatına görə, UEFA ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşdə təqdim etdiyi yeni sülh planı fonunda məsələ ilə bağlı səsverməni təxirə salıb.

Səkkiz müsəlman və ərəb ölkəsi – Qətər, Səudiyyə Ərəbistanı, Misir, İordaniya, BƏƏ, Pakistan, İndoneziya və Türkiyə artıq münaqişənin sona çatması üçün Trampla əməkdaşlıq edəcəklərini bəyan ediblər. UEFA rəsmiləri İsrail komandalarını dayandırmaq üçün vaxtın uyğun olmadığını hesab ediblər.

Bununla belə, İsrailin hərbi əməliyyatlarını davam etdirəcəyi təqdirdə bu cür sanksiyaların gələcəkdə tətbiq olunacağı ehtimalı qalmaqdadır.

Aut.az