İtaliya

Xəstəxanaya yerləşdirilən baş məşqçinin son durumu: FOTO yayıldı

“Atalanta” “X” sosial şəbəkədəki səhifəsində komandanın baş məşqçisi İvan Yuriçin xəstəxanadan çəkilmiş şəklini yerləşdirib.

Aut.az xəbər verir ki, klubdan bildirilib ki, Yuriç bir neçə gün əvvəl yuxarı tənəffüs yollarının iltihabı səbəbindən xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, mütəxəssis artıq özünü yaxşı hiss edir və tezliklə xəstəxanadan evə buraxılacaq.

“Tezliklə görüşənədək, cənab!”, – fotoya şərh yazılıb.

49 yaşlı mütəxəssis 2016-cı ildən kluba rəhbərlik edən Piero Qasperinini əvəzləyərək 2025-ci il iyulun 6-da Berqamo komandasına təyinat lıb.

Aut.az

Xəstəxanaya yerləşdirilən baş məşqçinin son durumu: FOTO yayıldı