Futbolçuya kəllə atan məşqçinin cəzası açıqlandı
“Leççe”nin sabiq baş məşqçisi Roberto D’Aversaya verilən cəza açıqlanıb.
Aut.az xəbər verir ki, mütəxəssisə 4 oyunluq cəza verilib. Bundan əlavə, o, 10 min avro cərimə ödəməli olacaq.
Qeyd edək ki, Roberto D’Aversa martın 10-da “Verona”ya 0:1 hesabı ilə uduzduqları qarşılaşmadan sonra rəqib futbolçu Toma Anrini kəllə ilə vurub.
Aut.az
