Tennis

Ərəblərin təklifi aranı qatdı: Bu turnirləri birləşdirin, 1 milyard alın

Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (PIF) ATP və WTA-nın bir turnirdə birləşdirilməsi təklifi ilə çıxış edib.

Aut.az xəbər verir ki, “Telegraph Sport”un mənbələrinə istinadən yaydığı məlumata görə, PIF nümayəndələri bu layihəyə 1 milyard dollar sərmayə qoymağa hazırdırlar.

Nəşrin məlumatına görə, şənbə günü, martın 9-da İndian-Uellsdə (ABŞ) premium turun yaradılması müzakirə olunub. İddialara görə, debat bitdikdən sonra ATP rəhbəri Andrea Qaudenzi “Böyük Dəbilqə” turnirlərinin təşkilatçıları getdikdən sonra “Masters” təmsilçilərindən qalmalarını istəyib.

O, PİF-ə daxil olan təklif barədə məlumat verib və onun 90 gün müddətində qüvvədə olacağını qeyd edib. Bu, “dəbilqə”lərə şamil edilmir.

Qeyd edək ki, Qaudenzi 2024-cü ildə Avstraliya Açıq çempionatına getmədi, əksinə Ər-Riyada getdi və orada PIF ilə müqavilə bağladı.

Aut.az