Tennis

Sürücülük vəsiqəsi imtahanından neçə dəfə kəsildiyini açıqladı

Dörd “Böyük dəbilqə” turnirinin qalibi, dünya reytinqində ikinci pillədə qərarlaşan italiyalı tennisçi Yannik Sinnerlə bağlı maraqlı məqam ortaya çıxıb.

Aut.az xəbər verir ki, onun motosiklet üçün sürücülük vəsiqəsi imtahanınından kəsildiyi məlum olub. O, bunu məşqçisi Darren Kehilə şəxsi “YouTube” kanalında yayımlanan videoda bildirib.

Kehill: Motosiklet üçün imtahandan neçə dəfə kəsilmisən?
Sinner: Niyə bunu xatırladırsan?
Kehill: Neçə dəfə?
Sinner: Konkret olmalıyıq.
Kehill: Neçə dəfə?
Sinner: Üç dəfə.

2026-cı il mövsümündə Sinner İndiana Uells Masters və Mayami Open turnirlərində qalib olub. Növbəti olaraq italiyalı tennisçi aprelin 5-dən 12-dək keçirilən Monte Karlo Masters turnirində çıxış edəcək.

Aut.az