Bu, məni öldürəcək, yoxsa… – Bekker həbs həyatı haqda
“Böyük Dəbilqənin altıqat qalibi, almaniyalı Boris Bekker həbsxanadakı düşüncələri və vaxtından əvvəl azadlığa buraxılmasına reaksiya barədə danışıb.
Aut.az xəbər verir ki, Bekker bu barədə “The Telegraph” nəşrinə müsahibəsində bildirib:
“Həbsxanaya düşəndə sözün əsl mənasında hər şeyi itirirsən. Geriyə qalan tək şey kimliyin, xarakterindir. Buna görə də öz içinə dərindən nüfuz edib soruşmağa məcbur olursan: “Yaxşı, mən kiməm? Bu, məni öldürəcək, yoxsa daha güclü edəcək?”
İndi insanlar mənə baxır, başlarını yelləyir və deyirlər: “İnana bilmirəm ki, qayıtdın. Bunu necə etdin?” Sonra öz-özümə düşünürəm: “Nə demək istəyirsən? Qayıtdığım üçün sevinirsən, ya yox?”
Xatırladaq ki, Bekker müflis elan edildikdən sonra aktivlərini gizlətdiyinə və külli miqdarda pulu qanunsuz olaraq köçürdüyünə görə 2022-ci ilin aprel ayında London məhkəməsi tərəfindən 2,5 il həbs cəzasına məhkum edilmişdi. O, 2022-ci ilin dekabrında erkən azad edilərək Almaniyaya deportasiya edilib.
Aut.az
