Leandro Andrade “Qarabağ”a bu sözlərlə vida etdi
“Qarabağ”dan Ukraynanın “Polesya” klubuna transfer olunan Leandro Andrade Ağdam təmsilçisi ilə vidalaşıb.
Aut.az xəbər verir ki, kabo-verdeli 26 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək “Qarabağ”da keçirdiyi illəri unutmayacağını bildirib.
“Qarabağ”la vidalaşmaq vaxtı gəldi. Çətin olsa da, bu 4 il yarımda yaşadıqlarımı sözlə ifadə etməyə çalışacağam. Bunu bir sözlə ifadə edə bilərəm: unudulmaz!” – deyə Andrade yazıb.
O, məşqçilərə, klub əməkdaşlarına, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib:
“İlk gündən özümü evimdəki kimi hiss etməyimə səbəb olan hər kəsə təşəkkür edirəm. Ömürlük dostluqlar qazandım. Azarkeşlərə də xüsusi təşəkkür edirəm. Məni həmişə sizdən biri kimi hiss etdirdiniz”.
Andrade paylaşımını “Təşəkkürlər, Bakı! Təşəkkürlər, ‘Qarabağ’ ailəsi!” sözləri ilə tamamlayıb.
