Azərbaycan futbolu

“Qarabağ”ın təxirə salınmış oyununun vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında XXIII turdan təxirə salınmış “Qəbələ” – “Qarabağ” matçının vaxtı açıqlanıb.

Aut.az xəbər verir ki, görüş fevralın 28-də Qəbələdə baş tutacaq. Oyuna saat 19:00-da start veriləcək.

21 turdan sonra “Qarabağ” 50 xalla liderdir. “Qəbələ” isə 15 xalla sonuncu pillədə yer alıb.