“Böyük üçlük” erası bitir – Əfsanənin təəssüfü
Dünyanın tennisinin sabiq bir nömrəsi, “Böyük Dəbilqə” turnirlərinin altıqat qalibi Boris Bekker dünya tennisində “Böyük üçlük” dövrünün yaxınlaşması ilə bağlı danışıb.
“Əlbəttə, Rafael Nadalın rəqiblərinə baxmaq lazımdır. Federer və Cokoviç. Onların arasında karyerasını davam etdirən yeganə tennisçi Cokoviçdir. Təəssüf ki, “Böyük üçlüyün” sonu yaxınlaşır. Düşünürəm ki, hər oyunu sona qədər tam enerji və ehtirasla oynamaq onların ən böyük keyfiyyətidir. “Böyük üçlüyü” fərqləndirən budur”, – Bekkerin sözlərini “Eurosport” sitat gətirib.
Xatırladaq ki, oktyabrın 10-u 38 yaşlı Rafael Nadal noyabrın 19-dan 24-dək Malaqada (İspaniya) keçiriləcək Devis Kubokundan sonra peşəkar futbolçu karyerasını bitirəcəyini açıqlayıb.
20 qat Böyük Dəbilqə qalibi isveçrəli tennisçi Rocer Federer 2022-ci ilin sentyabrında karyerasını bitirdi.
24 qat TBS çempionu 37 yaşlı serb tennisçi Novak Cokoviç kortda mübarizəni davam etdirən “Böyük üçlük”dən yeganə nümayəndədir.
Aut.az
