Cokoviç Sinnerin dopinq qalmaqalı haqda: Sistem işləmir
“Böyük Dəbilqə”nin 24 qat qalibi, serb tennisçi Novak Cokoviç italiyalı Yannik Sinnerin ətrafında yaşanan dopinq qalmaqalı haqda danışıb.
Aut.az xəbər verir ki, Cokoviçin sözlərini “Punto de Break” sitat gətirib.
“Düşünürəm ki, sistemimizin işləmədiyi çox aydındır. Həddindən artıq tənzimləyici orqanlar var. Onların qərarlarında uyğunsuzluq seçilir. Bütün bu yaşananlar isə tennisə kömək etmir. Ümumiyyətlə, Yannik üzləşdiyi hər üç apellyasiya şikayətini qazanıb və indi onu növbəti məhkəmə gözləyir.
Məni ən çox heyrətləndirən onun bu vəziyyətdə olmasına baxmayaraq bir çox matçlarda qalib gəlməsi, təsirli oyun səviyyəsidir. Ümid edirəm ki, bu iş mümkün qədər tez həll olunacaq”, – Cokoviç bildirib.
Aut.az
