Mən də 90 dəqiqə oynamaq istərdim – Cokoviç Messi ilə müqayisə haqda
“Böyük Dəbilqə”nin 24 qat çempionu, serbiyalı tennisçi Novak Cokoviç “Uimbldon”un 1/4 finalında kanadalı Feliks Oce-Aliassime üzərində qələbə qazandıqdan sonra argentinalı futbolçu Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib.
Qarşılaşma 7-6 (12-10), 3-6, 6-3, 6-7 (4-7), 7-6 [10-4] hesabı ilə başa çatıb və beş saatdan çox davam edib.
Aut.az xəbər verir ki, Cokoviç oyundan sonra keçirilən mətbuat konfransında bildirib:
-Messinin 39 yaşında hələ də qol vurması inanılmazdır. Və siz də beş saat 15 dəqiqəlik oyunda qalib gəlirsiniz.
– Onun kimi 90 dəqiqə oynamaq istərdim, amma… (gülür).
– Düşünürsən ki, bərpa üçün vaxtın olacaq?
-Görərik. Yaxşı ki, sabah istirahət günüdür.
Aut.az
