Dünya futboluTürkiyə

Agentləri onu az qala Türkiyənin bütün komandalarına təklif ediblər

“Spartak”ın hücumçusu Manfred Uqalde karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

Aut.az xəbər verir ki, “Metaratings”in məlumatına görə, Kosta Rikalı futbolçunun agentləri onun xidmətlərini “Qalatasaray” və “Fənərbaxça” da daxil olmaqla bir neçə Türkiyə klubuna təklif ediblər.

Qeyd olunur ki, Uqaldenin karyerasını davam etdirməsi üçün Türkiyə prioritet seçim deyil, lakin hücumçu və onun ətrafı bu yay özünə yeni komanda tapmaq niyyətindədir və digər liqalardakı variantları da nəzərdən keçirir.

Ötən mövsüm Uqalde Rusiya çempionatında 29 oyun keçirib, beş qol vurub və üç məhsuldar ötürmə edib.

Aut.az