Türkiyə

“Trabzonspor”a Şenol Günəşin yerinə o gəldi

Fatih Tekke “Trabzonspor”un yeni baş məşqçisi olub.

Aut.az xəbər verir ki, onunla 5 illik müqavilə imzalanıb.

Bu vəzifədə 47 yaşlı mütəxəssis 2024-cü ilin sentyabrından komandada çalışan Şenol Günəşi əvəzləyib.

Bu mövsüm “Trabzonspor” Türkiyə Superliqasında 25 turdan sonra 11-ci pillədə qərarlaşıb.

Tekke “Trabzonspor”un yetirməsidir. Forvard 2006-2010-cu illərdə “Zenit”də çıxış edib, sonra “Rubin”in formasını geyinib. O, futbolçu karyerasını 2012-ci ildə başa vurub.

Tekke 2015-ci ilin yazında Türkiyənin gənclərdən ibarət komandasının qərargahında məşqçi kimi fəaliyyətə başlayıb. O, “İstanbulspor”, “Bursaspor”, “Denizlispor” və digər komandalarda da çalışıb. Tekkenin son klubu 2023-cü ilin noyabrından 1 il rəhbərlik etdiyi “Alanyaspor” olub.

Aut.az