BasketbolAzərbaycan futboluDünya futbolu

NBA-nın məşhur klubundan Nəriman Axundzadə paylaşımı – FOTO

ABŞ-nin “Kolambus Kryu” klubunun azərbaycanlı futbolçusu Nəriman Axundzadə NBA matçını izləyib.

Aut.az xəbər verir ki, bu barədə məşhur “Klivlend Kavalyers” basketbol klubu məlumat yayıb.

Klivlend təmsilçisi sosial şəbəkə hesabında paylaşım edərək MLS klubunun iki üzvünün – Nəriman və ukraynalı Yevgen Çebenkonun komandanın “Mayami Hit”lə matçını (149:128) izlədiyini açıqlayıb. Hər iki futbolçunun fotosu paylaşımda yerləşdirilib.

Qonaqlara hədiyyə də təqdim olunub.

Qeyd edək ki, Nəriman Axundzadə ötən ay “Qarabağ”dan “Kolambus Kryu” klubuna transfer olunub.

Aut.az

NBA-nın məşhur klubundan Nəriman Axundzadə paylaşımı - FOTO