Tennis

Əfsanə 44 yaşında korta qayıtdı – Oğlu ilə oynamaq üçün

Dünya tennisinin keçmiş bir nömrəsi, 44 yaşlı avstraliyalı Lleyton Hyuitt “Sydney Challenger”də kortuna qayıdıb.

Aut.az xəbər verir ki, görkəmli oyunçu 16 yaşlı oğlu Kruz ilə para təşkil edib.

Ata və oğul Hayden Cons və Pavel Marinkov cütlüyünü cəmi 48 dəqiqə ərzində 6-1, 6-0 hesabı ilə məğlub ediblər.

Peşəkar karyerası ərzində Lleyton Böyük Dəbilqə çempionluğunu iki dəfə təklərdə (US Open 2001, Wimbledon 2002) və bir dəfə cütlərdə  (US Open 2000) qazanıb.

Avstraliyalı 33 ATP turnirinin qalibi olub, onlardan 30-u təklərdə olub.

Aut.az