Tennis

“Uimbldon” tarixinin ən yaxşı matçı – Federerin seçimi

Tennis əfsanəsi Rocer Federer ən yaxşı “Uimbldon” matçı haqqında sorğunu cavablandırıb.

Aut.az xəbər verir ki, Federer özünün iştirak etmədiyi bir matçı seçib.

Onun sözlərini “Sport.de” sitat gətriib.

“Mən Borq və MakEnroyu (1980-ci il finalı) seçərdim. Bütün zamanların ən sevdiyim iki oyunçusu – bilirsiniz ki, onlar beş set oynayıblar və turnirdə tez-tez rəqib olublar.

Mənim üçün ən ikonik an  Borqun diz çöküb raketkasını havaya atmasıdır.

Və sonra o, qırmızı idman gödəkçəsindədir. Bizə bir az daha rəngli geyim geyinməyə icazə verildiyi vaxtlarda o, “Uimbldon” kubokunu əlində saxlayır  –  düşünürəm ki, bu, ikonik bir andır”, –  Federer  seçimini izah edib.

Borq rəqibini 1-6, 7-5, 6-3, 6-7 (16-18), 8-6 hesabı ilə məğlub edib. Bu, isveçlinin “Uimbldon”dakı beş qələbəsindən sonuncusu idi. Federer səkkiz qələbə ilə “Uimbldon” titulunu ən çox qazanan tennisçidir.

Aut.az