Tennis

Kortda sudurğa keçirdi, meydandan əlil arabasında çıxardılar – FOTO

Yapon tennisçi Yoşihito Nişioka ABŞ Açıq çempionatında Miomir Ketsmanoviçə qarşı oyunu başa vura bilməyib – 6:7 (2), 6:2, 7:5, 5:7, 0:1.

Aut.az xəbər verir ki, beşinci setdə sudurğa keçirən yapon tennisçi korta yıxılıb və matçı davam etdirə bilməyib.

“Dördüncü setdə hesab 3:3 olanda artıq sancılarım var idi və 5:4 olanda daha da şiddətləndi.

Həlledici setdə 0:1-də bel nahiyəsində sancılar ayaqlara nisbətən daha güclü oldu və mən ayağa qalxa bilmədim. Sonra ayaqlarım sıxıldı. Ombalarımda və yan tərəflərimdə təkrarlanan spazmlar var idi.

Nəfəs almaqda çətinlik çəkirdim, komandanın köməyi ilə məni əlil arabasına qoyub (xərək istədim, gətirmədilər) apardılar. Spazmalar bir saata yaxın dayanmadı. Bütün bədənim çox ağrıyır, ona görə də turniri buraxıb Yaponiyaya qayıtmağı planlaşdırıram”, – Nişioka matçdan sonra deyib.

Aut.az

Kortda sudurğa keçirdi, meydandan əlil arabasında çıxardılar – FOTO

Kortda sudurğa keçirdi, meydandan əlil arabasında çıxardılar – FOTO