37 yaşlı əfsanə karyerasının ilk olimpiya “qızıl”ına belə reaksiya verdi – VİDEO
Dünya tennisinin iki nömrəsi Novak Cokoviç fərdi yarışda Paris Olimpiadasının qızıl medalını qazanmasına emosional reaksiya verib.
Aut.az xəbər verir ki, finalda 37 yaşlı tennisçi ispaniyalı Karlos Alkarasa 7:6 (7:3), 7:6 (7:2) hesabı ilə qalib gəlib. Qalib zərbədən sonra serb əlləri ilə üzünü örtüb, sonra ailəsi və dostlarının ətrafında göz yaşlarına boğulub.
Xatırladaq ki, 2024-cü il Oyunlarında qazandığı qələbə onun karyerasında ilk olimpiya “qızılı” olub. Bundan əvvəl onun ən yaxşı nəticəsi Pekin 2008-də bürünc olub.
Aut.az
