Qalmaqal: Məşhur tennisçi dopinqdə “ilişdi”
Dünya tennisinin iki nömrəsi olan İqa Sventekin dopinq testi müsbət çıxıb.
Aut.az xəbər verir ki, onun qanında trimetazidin aşkar edilib.
ITIA araşdırması nəticəsində məlum olub ki, maddənin mənbəyi çirklənmiş dərmandır.
Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi bildirib ki, polşalı oyunçu antidopinq qaydalarını pozduğuna görə bir aylıq diskvalifikasiya ilə razılaşıb.
O, 2024-cü il sentyabrın 12-dən oktyabrın 13-dək müvəqqəti olaraq diskvalifikasiya edilmişdi.
Aut.az
