İkisinin birgə 83 yaşı var: Bu döyüş tənqid olunur
Dekabrın 7-də Sofiyada (Bolqarıstan) adi WBA kəməri uğrunda ağır çəkidə Manuel Çarr (34-4, 20 KO) və Kubrat Pulev (30-3, 14 KO) arasında döyüş keçiriləcək.
Aut.az xəbər verir ki, titul uğrunda döyüşəcək boksçuların yaşı müzakirə mövzusu olub.
Çarrın 40, Pulevin 43 yaşı var. Maraqlıdır ki, Manuel kəməri 2017-ci ildə qazanıb və yeddi ildən sonra ilk titul müdafiəsini edəcək.
“Boxing247” qarşıdan gələn görüşü idman prinsipi və məntiqi olmadığına görə tənqid edib:
“Bu, qeyri-qanuni şoudur, titul davası deyil. Bu mübarizə bütün idman prinsiplərini ələ salır”, – nəşr yazır.
Aut.az
