Onunla döyüşmək üstəyir: Mütləq baş tutmalıdır
Ağır çəkidə keçmiş WBC çempionu Tayson Fyuri maraqlı açıqlama verib:
Aut.az xəbər verir ki, o, 2025-ci ilin ortalarına qədər Entoni Coşua ilə döyüşmək istədiyini söyləyib:
“Coşua ilə döyüş? Gələn il, mütləq. Qazansam da, uduzsam da, bu döyüş baş tutumalıdır. Çünki Böyük Britaniyada bu barədə çox danışılır. Bu mövzuda çoxlu fikirlər var. Bu döyüş 2025-ci ilin ortalarına qədər Uemblidə baş tutmasa, çox təəccüblənəcəyəm.”
Fyuri son olaraq Aleksandr Usikə məğlub olub. Coşua isə Frensis Nqannunu nokautla üstələyib.
Aut.az
