Boks

İman Xelif Trampla Maskı məhkəməyə verdi

Boks üzrə son Olimpiadada (66 kq çəki dərəcəsində) qızıl medal qazanan qalmaqallı əlcəzairli boksçu İman Xelifin Fransa prokurorluğuna etdiyi şikayətin təfərrüatları məlum olub.

Daha əvvəl məlum olub ki, Xelif uğursuz gender testi ilə bağlı məlumat fonunda internetdə kütləvi zorakılığa görə şikayət edib.

Aut.az xəbər verir ki, əlcəzairli qadının vəkili “Variety”ə bildirib ki, bu iddia “X” sosial şəbəkəsinə qarşı qaldırılıb. Bununla belə, şikayətdə onun iştirakını tənqid edən tanınmış simaların adı xüsusi qeyd olunur. Şikayətdə amerikalı milyarder İlon Mask, “Harri Potter”in müəllifi JK Rovlinq və ABŞ-ın keçmiş prezidenti Donald Trampın adları çəkilir.

Nəzərinizə çatdıraq ki, Olimpiadada uğursuz gender testi səbəbindən Xelif ətrafında qalmaqal yaranıb və nəticədə idmançı ictimaiyyətin kütləvi tənqidi ilə üzləşib.

2023-cü ildə əlcəzairli Beynəlxalq Boks Assosiasiyası (IBA) tərəfindən keçirilən uğursuz sınaq səbəbindən Dünya Boks Çempionatından kənarlaşdırılıb. O, boksçunun “XY (kişi) xromosomunun olması və yüksək testosteron səviyyələri” olduğunu açıqlayıb. Beynəlxalq Olimpiya Komitəsi (BOK) “biokimyəvi test standartlarının aydın olmadığını və ABB-nin qeyri-şəffaf idarə edilməsini” əsas gətirərək, Xelifi Olimpiadaya buraxıb.

Aut.az