Boks

Əfsanədən möhtəşəm jest: Təqaüdçu döyüşçülər üçün bu addımı atacaq

Ağır çəkidə keçmiş dünya çempionu və britaniyalı boksçu Entoni Coşua təqaüdçü döyüşçülər üçün qocalar evi açmaq istəyir.

Aut.az xəbər verir ki, o, bunun üçün “Ringside” xeyriyyə təşkilatı ilə danışıqlar aparır. Coşuanun özü barədə BBC-yə açıqlama verib:

“Bu, boks irsiminin bir hissəsi olardı. Mənim həyatımda böyük izi olan idmana töhfə vermək istəyirəm”.

“Ringside” xeyriyyə təşkilatı təqaüdə çıxdıqdan sonra çətinliklərlə üzləşən döyüşçülərə kömək etmək üçün yaradılıb. Fondun saytında Coşua artıq əsas sponsorlardan biri kimi qeyd olunub.

Qeyd edək ki, 34 yaşlı Coşua sonuncu dəfə 2024-cü ilin martında döyüşüb. Ağır çəkidə keçmiş UFC çempionu Frensis Nqannunu ikinci raundda nokautla məğlub edib. Onun 28 qələbəsi (25-i nokautla) və 3 məğlubiyyəti var.

Aut.az