Əfsanəyə 162 milyonluq təklif
“Los-Anceles Leykers” basketbolçusu LeBron Ceyms ilə yeni müqavilə imzalaya bilər.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Los-Anceles klubunun rəhbərliyi Ceymsi sıralarında saxlamaq üçün böyük səy göstərir. Qeyd olunur ki, klub amerikalıya 162 milyon dollarlıq 3 illik müqavilə təklif etməyə hazırdır. Razılıq verəcəyi halda, əfsanə 42 yaşına qədər oynamağa məcbur olacaq. Hazırda forvardın 39 yaşı var.
LeBronun “Leykers” ilə hazırkı müqaviləsi iyunun 29-da başa çatır. O, hələ ki, gələcəyi ilə bağlı qəti cavab verməyib.
Klub basketbolçunun oğlu ilə eyni matçda oynamaq arzusunu həyata keçirmək üçün Bronni Ceyms ilə də müqavilə imzalamağa hazırdır.
Aut.az
