Coşua və Pol döyüşəcək: Bu tarixdə
Ağır çəkili keçmiş dünya çempionu Entoni Coşua (28-4, 25 KO) bu il boksçu və bloqer Ceyk Pol (12-1, 7 KO) ilə qarşılaşacaq.
Aut.az xəbər verir ki, bu barədə “The Ring” jurnalının insayderi Mayk Kopindjer məlumat verib.
Qarşılaşma sərgi xarakteri daşımayacaq və 19 dekabr 2025-ci il tarixində ABŞ-ın Mayami şəhərində baş tutacaq.
Qeyd edək ki, Ceyk Pol əvvəlcə 14 noyabrda Cervonta Devislə döyüşməli idi, lakin WBA çempionunun problemləri – ev zorakılığı ittihamları səbəbindən bu qarşılaşma ləğv edilib.
Coşua sonuncu dəfə rinqə 21 sentyabr 2024-cü ildə çıxmış və “Uembli”də Daniyel Dyuboya qarşı erkən məğlub olmuşdu.
Aut.az
