Dərhal titul döyüşü alacaq: Qayıtsa
Ümumdünya Boks Şurasının (WBC) prezidenti Maurisio Süleyman bildirib ki, Tayson Fyuri karyerasını davam etdirmək istəsə, titul uğrunda mübarizə aparacaq.
Aut.az xəbər verir ki, onun sözlərini “The Sun” nəşri sitat gətirib.
“Tayson unikaldır. O, hələ də Aleksandr Usik ilə döyüşdən sonra məyusdur. Çünki cavab görüşündə qalib gəldiyinə inanır. Əgər Tayson boksa qayıtmaq qərarına gəlsə, WBC-nin qapıları onun üzünə həmişə açıq olacaq.
O, həmişə 1 nömrə olacaq və geri qayıtmağa qərar verərsə, əlbəttə ki, ona dünya titulu uğrunda mübarizə aparmaq imkanı verəcəyik. Çünki o, ən yaxşıların ən yaxşısıdır”, – deyə Süleyman bildirib.
Xatırladaq ki, Fyuri Aleksandr Usikə ikinci məğlubiyyətindən sonra peşəkar boksdan getdiyini açıqlamışdı.
Aut.az
