Hemilton “Ferrarid”ən tələb etdi: Bu avtomobili istəyirəm
“Ferrari” sürücüsü Lyuis Hemilton komandadan gələn mövsüm üçün nə gözlədiyini açıqlayıb.
Aut.az xəbər verir ki, 40 yaşlı britaniyalının sözlərini “RacingNews365” sitat gətirib.
HEmilton “Ferrari”yə səkkizqat dünya çempionu olmaq ümidi ilə qatılsa da, cari mövsümdə işləq uğurlu olmadı.
Lyuis ümid edir ki, gələn il reqlament dəyişdikdə, İtaliya komandası ona titul uğrunda mübarizə apara biləcək bir avtomobil verəcək.
“Bəli, bu mənim yeni komandada ilk ilimdir. Fərqli komandaların necə işlədiyini və fəaliyyət göstərdiyini müşahidə etmək maraqlıdır.
Karyeramda elə vaxtlar olub ki, siz mövsümün əvvəlində çox erkən təkmilləşdirmələr əldə edirsiniz, irəliləyirsiniz, sonra isə irəliləyiş dayanır və temp düşür.
İndi biz gələn ilə diqqət yetirməliyik. Məsələ ondadır ki, bu avtomobillə biz hələ də konstruktorlar çempionatında ikinci yer uğrunda mübarizə apara bilərik. Bu əla olardı. Amma mən gələn il qalib ola biləcək avtomobil istəyirəm. Beləliklə, bu prioritetdir”, – Hemilton deyib.
Aut.az
