Formula 1

80 dəqiqəlik gecikmə: “Ferrari” dəstəklədi

“Ferrari” komandasının direktoru Frederik Vasser Belçika Qran Prisi direktorluğunun yarışın başlanmasını təxminən bir saat yarım gecikdirmək qərarını başa düşür və dəstəkləyir.

Aut.az xəbər verir ki, 57 yaşlı fransalının sözlərini “Motorsport” sitat gətirib.

“Spa-Francorchamps”da yarışın startı 80 dəqiqə gecikib. Buna səbəb yağışın trasın vəziyyətini pisləşdirməsi olub.

Rəhbərliyin qərarı pelotonu ikiyə bölüb: Məsələn, Maks Verstappen bunu tənqid edib, Corc Russell isə dəstəkləyib. Vasser dəstəkləyənlərin düşərgəsinə qatılıb.

“Onları qınamaq olmaz, çünki nəsə baş versə, onları ilk tənqid edən biz olacağıq. Bu mənada onların qərarına hörmətlə yanaşmalıyıq”, – Vasseur deyib.

Aut.az