Formula 1

Əfsanə 44 yaşını qeyd edir: Daha bir tarixi rekorda imza ata biləcək?

Bu gün – iyulun 29-da ikiqat dünya çempionu Fernando Alonso 44 yaşını qeyd edib.

Aut.az xəbər verir ki, “Aston Martin” komandasının üzvü olan ispan pilot son 50 ilin “Formula 1″də çıxış edən ən yaşlı sürücüsüdür.

Alonsodan əvvəl bu qədər yaşı olan son pilot ikiqat dünya çempionu Qrem Hill olmuşdu. O, 1975-ci ildə keçirilən Braziliya Qran Prisindən sonra, 45 yaş, 11 ay və 11 günlük olarkən karyerasını başa vurmuşdu.

Fernando Alonso “Formula 1” tarixində ən çox Qran Priyə çıxmış (414 yarış) və ən çox mövsümdə iştirak etmiş (22 mövsüm) pilotdur. O, həmçinin yarış qalibiyyətlərinin sayına görə (32 qələbə) və podium sayına görə (106 dəfə) çempionat tarixində ilk onluqda yer alır.

Aut.az