“Mercedes”də yeni rənglər: Yalnız bir yarış üçün – FOTO
Formula 1 üzrə “Mercedes” komandası avtomobilin yalnız sentyabrın 20-dən 22-dək Sinqapur Qran Prisində istifadə olunacaq yeni rəng dizaynını təqdim edib.
Aut.az xəbər verir ki, bolidin əsas rəngi zümrüd yaşılı olacaq. Bu, komandanın baş sponsoru “Petronas”ın 50 illik yubileyi şərəfinə ediləcək.
Yaşıl rəngi komandanın avtomobillərinin ənənəvi qara rəngi tamamlayacaq.
Qeyd eədk ki, “Mercedes F1-ə qayıtdıqdan sonra “Petronas” ilə daimi əməkdaşlıq edir.
Aut.az


