Vaxtından əvvəl çempion oldu
Braziliyalı pilot Rafael Kamara “Trident” komandası ilə Formula 3 üzrə dünya çempionu olub.
Aut.az xəbər verir ki, avqustun 3-də Macarıstanda keçirilən əsas yarışı qazanan 20 yaşlı sürücü mövsümün bitməsinə bir mərhələ qalmış titulunu rəsmiləşdirib. 9 mərhələdən sonra Kamaranın hesabında 156 xal var və ikinci yerdə olan ispan pilot Mari Boya artıq lideri tutmaq şansını itirib.
“Ferrari” akademiyasının yetirməsi olan Rafael Kamara üçün bu, karyerasında ən böyük uğur sayılır.
2025-ci il mövsümünün sonuncu “Formula 3” mərhələsi 6–7 sentyabr tarixlərində Monzada keçiriləcək.
Aut.az
