“Real”ın üçüncü forması belə olacaq: Əfsanənin sözləri… – FOTO
“Real”ın 2025/26 mövsümü üçün təqdim etdiyi üçüncü forma göy rəngdə olacaq.
Aut.az xəbər verir ki, “Adidas” forma üzərində yumşaq, diaqonal naxışlar tətbiq edərək ona zərif və teksturalı görünüş verib. Çiynə yerləşdirilmiş klassik üç ağ zolaq da dizaynda yerini alıb.
Yaxalığın iç hissəsində isə xüsusi bir mesaj əks olunub: “Bernabeuda 90 dəqiqə – bu uzun vaxtdır”.
Bu sözlər “Real”ın sabiq hücumçusu Xuanitoya məxsusdur. O, bu ifadəni 1985-ci ildə UEFA Kubokunun yarımfinalında səfərdə “İnter”ə 0:2 hesabı ilə uduzduqdan sonra söyləmişdi. O vaxtdan bəri bu sitat klubun kimliyinin bir hissəsinə çevrilib və Madrid təmsilçisinin möhtəşəm dönüşləri zamanı tez-tez xatırlanır.
Aut.az

