Yorulub, Tibetə gedəcək, Budda kimi istirahət edəcək
“Red Bull” pilotu Maks Ferstappen bu mövsüm avtomobillə bağlı müxtəlif problemlər üzündən sakit qalmaqda çətinlik çəkdiyini etiraf edib.
Avstriya Qran Prisində təsnifat mərhələsində avtomobilin performansından təəccübləndiyini bildirən Ferstappen 3-cü dövrənin sonunda qəzaya uğrayıb.
Aut.az xəbər verir ki, “GPBlog” Ferstappenin sözlərini sitat gətirib:
“Bütün il belə keçdi… Düşünürəm ki, ilin sonunda Tibetə gedəcəyəm. İki ay Budda kimi istirahət etməyi planlaşdırıram.
Bu reqlament bir sıra cəhətdən çox mürəkkəbdir. Məsələn, pit-leynə gedib dayanırsınız. Sadəcə 10-a, yaxud 100-ə qədər saymalısınız”.
Aut.az
