İngiltərə

“Çelsi” onunla şəxsi şərtləri razılaşdırdı

“Çelsi” yarımmüdafiəçi Qranit Caka ilə şəxsi şərtlərlə bağlı şifahi razılığa gəlib.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

“Mavilər” artıq “Sanderlend” rəhbərliyi ilə danışıqlara başlayıb. Bildirilir ki, baş məşqçi Xabi Alonso isveçrəli yarımmüdafiəçi ilə şəxsən maraqlanır və onun transferi üçün fəal şəkildə çalışır. “Mançester Yunayted” də isveçrəli yarımmüdafiəçi ilə maraqlanır.

Ötən mövsüm Qranit Caka bütün yarışlarda 36 oyun keçirib, bir qol vurub və altı məhsuldar ötürmə edib. Cakanın “Sanderlend”lə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Aut.az