İlk klubları Jota və qardaşını unutmadı: Möhtəşəm jest – FOTOLAR
Portuqaliyanın “Qondomar” klubu yeni mövsüm formalarını keçmiş futbolçuları Dioqo Jota və onun qardaşı Andre Silvaya həsr edib.
Aut.az xəbər verir ki, yeni formaların bütün modellərində hər iki futbolçunun siluetləri əks olunub. Arxa hissəsində isə Jota və Silva adları və onların yanında sonsuzluq işarəsi yer alıb.
Hər iki futbolçu peşəkar karyeralarına məhz “Qondomar”ın gənclər komandasında başlayıb.
Xatırladaq ki, iyulun 3-də Jota və Silva İspaniyada baş vermiş avtomobil qəzasında həlak olublar. Dioqo “Liverpul”un, Andre isə Portuqaliya II Liqasında çıxış edən “Penafiel” klubunun üzvü idi.
Aut.az



