Formula 1

Adaya müəmmalı səfərdən danışdı: Hər şey baş verə bilər

“Red Bull” komandasının sürücüsü Maks Ferstappen Sardiniyaya səfərinin məqsədinə aydınlıq gətirib.

Aut.az xəbər verir ki, həmin vaxt adada “Mercedes”in rəhbəri Toto Volffun təyyarəsi də görüntülənib. Bəzi insayderlər sürücü və alman komandasının rəhbərinin hollandiyalının “Mercedes”ə keçməsi ilə bağlı danışıqlar apara biləcəyini irəli sürdülər.

“GPblog” Ferstappenin sözlərini sitat gətirib: “O vaxt mən sadəcə üzgüçülüklə məşğul idim. Bu cür şeylərə əhəmiyyət vermirəm. Dostlarım və ailəmlə tətildə idim. Əgər o zaman ətrafda başqa insanlar olubsa, bu da nəsə demək deyil. Hər şey baş verə bilər”.

Aut.az