Sona görə bu qədər təklif edirlər
“Tottenhem”in hücumçusu Son Hın Min karyerasını MLS-də davam etdirə bilər.
Aut.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, “Los-Anceles” klubu 33 yaşlı futbolçu üçün 15 milyon funt sterlinq dəyərində təklif hazırlayır.
Bildirilir ki, London təmsilçisi Sona görə bu məbləği real hesab edir və onu 15–20 milyon funt aralığında qiymətləndirir. Bu səbəbdən transferin baş tutması mümkündür.
2024/25 mövsümündə cənubi koreyalı forvard “Tottenhem”in heyətində 46 oyuna çıxıb, 11 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
