İngiltərə

400-ə yaxın oyuna pul yatırıb

İngiltərənin “Nottinqam Forest” klubunun müdafiəçisi mərc oyunları ilə bağlı qaydaları pozmaqda ittiham olunur.

Aut.az xəbər verir ki, Futbol Assosiasiyası tərəfindən verilən açıqlamada Harri Toffolonun 2014/17-ci illərdə bukmeker kontorlarında 375 matça pul yatırdığı bildirilir.

27 yaşlı sol cinah müdafiəçisi sözügedən illərdə “Norviç” komandasının şərəfini qoruyub. Futbolçudan iyulun 19-dək ittihamlara cavab verməsi tələb olunub.

Qeyd edək ki, ingilis futbolçu 2020-ci ildən “Nottinqem Forest” komandasında çıxış edir.

 

400-ə yaxın oyuna pul yatırıb