Azərbaycan yığmasının üzvü “Fənərbağça”dan ayrıldı
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nazlıcan Parlak “Fənərbağça”dan ayrılıb.
Aut.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib.
Nazlıcan 2022-ci ilin avqustundan “Fənərbağça”da çıxış edirdi.
